​Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların sayı 10 dəfə azaldılıb

​Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların sayı 10 dəfə azaldılıb Bu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə qəbul edilən qanunun qüvvəyə minməsindən sonra olub
Daxili siyasət
4 Mart , 2016 14:52
​Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların sayı 10 dəfə azaldılıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun qüvvəyə minməsindən sonrakı 2 ay ərzində 2014-cü ilin eyni dövrü ilə müqayisədə yoxlamaların sayı 10 dəfə azaldılıb.

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun 2015-ci ilin noyabrın 1-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi