Yuxarı

Sahib Kərimli: "AXCP-nin Şəki rayon təşkilatında partiyadan çıxarılmağımla bağlı məsələ müzakirə olunub"

Harada olmağımdan asılı olmayaraq, doğrunu söyləcəm

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatında partiyadan çıxarılmağımla bağlı məsələ müzakirə olunub. Müzakirələrin yekununda səsvermə keçirilib və partiyadan çıxarılmağım səsvermədə qəbul olunmayıb".

Bunu "Report"a açıqlamasında AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli deyib.

S.Kərimli bildirib ki, bundan sonra da fəaliyyətini AXCP-də davam etdirəcək.

O qeyd edib ki, hər bir təşkilatda fikir müxtəlifliyi olmalıdır: "Mən siyasətçi kimi cəmiyyət üçün çalışıram. Harada olmağımdan asılı olmayaraq doğrunu söyləyəcəyəm".

Qeyd edək ki, S.Kərimli Milli Şuradan çıxarılıb. Onun qurumdan çıxarılmasına səbəb kimi mitinqlərin əleyhinə olan çıxışları göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi