Komitə sədri: "Məktəbli qızın intihar etməsi məsələsini kampaniyalaşdırmağa ehtiyac yoxdur, fakt hərtərəfli araşdırılır"

Komitə sədri: "Məktəbli qızın intihar etməsi məsələsini kampaniyalaşdırmağa ehtiyac yoxdur, fakt hərtərəfli araşdırılır" Bakı şəhəri, 162 nömrəli orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.
Daxili siyasət
11 Aprel , 2019 11:28
Komitə sədri: Məktəbli qızın intihar etməsi məsələsini kampaniyalaşdırmağa ehtiyac yoxdur, fakt hərtərəfli araşdırılır

"Bakı şəhəri, 162 nömrəli orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Bununla yanaşı, məsələni mahiyyətindən çıxardaraq sosial şəbəkələrdə kampaniyalaşdırmağa və ya siyasiləşdirməyə ehtiyac yoxdur. Burada məsələnin diqqətdən kənarda qalması rəyinin formalaşdırılması da düzgün deyil.

"İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək”, - deyə H.Hüseynova bildirib.

Son xəbərlər

Orphus sistemi