Sabirabadda 101 yaşlı seçici səs verib

Sabirabadda 101 yaşlı seçici səs verib Sabirabad rayonunda 101 yaşlı seçici səs verib.
Daxili siyasət
23 Dekabr , 2019 18:01
Sabirabadda 101 yaşlı seçici səs verib

Sabirabad rayonunda 101 yaşlı seçici səs verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon sakini, 1918-ci il təvəllüdlü Mainisə Mehdiyeva 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin Qasımbəyli kəndində yerləşən 22 saylı məntəqəsinə gedərək səsvermə prosesində iştirak edib.

Qeyd edək ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 56 məntəqəsi var. Onlardan 21-i Saatlı, 10-u Sabirabad, 25-i isə Kürdəmir rayonunda yerləşir. Bu məntəqələrdən dördündə vebkamera quarşdırılıb. Ümumilikdə, dairə üzrə 42 722 seçici qeydiyyatdadır. Onlardan da 600-ü ilk dəfə səsvermə hüququndan istifadə edib. Seçki prosesini izləmək üçün 482 müşahidəçi qeydiyyatdan keçib. Dairə üzrə 716 namizəd 27 bələdiyyə üzrə 249 yer uğrunda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi