Sabahdan parlamentin plenar iclaslarında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayır

Sabahdan parlamentin plenar iclaslarında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayır Müzakirələr dekabrın 8-dək davam edəcək
Daxili siyasət
5 Dekabr , 2016 10:18
Sabahdan parlamentin plenar iclaslarında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayır

Bakı. 5 dekabr. REPORT.AZ/ Sabahdan başlayaraq üç gün ardıcıl olaraq Milli Məclisin plenar iclası keçiriləcək.

"Report"un xəbərinə görə, iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi