Sabahdan Novruz tətili başlayır

Sabahdan Novruz tətili başlayır Bayramla əlaqədar 7 gün iş olmayacaq
Daxili siyasət
19 Mart , 2018 09:38
Sabahdan Novruz tətili başlayır

Bakı. 19 mart. REPORT.AZ/ Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 7 qeyri-iş günü olacaq. Belə ki, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.

Martın 27-si isə iş günüdür.

Beləliklə, bayramla əlaqədar 7 gün iş olmayacaq.

Son xəbərlər

Orphus sistemi