Sabahdan Milli Məclisin komitə iclasları başlayır

Sabahdan Milli Məclisin komitə iclasları başlayır İlk olaraq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək
Daxili siyasət
148
11 Sentyabr , 2017 11:44
Sabahdan Milli Məclisin komitə iclasları başlayır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sabahdan, sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.

Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.

Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın sonunda keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi