Yuxarı

​Sabahdan 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə qeydə alınan namizədlərin təşviqat kampaniyası başlanır

Seçkiqabağı təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri apara bilərlər

Bakı. 25 may. REPORT.AZ/ Sabah - mayın 26-dan 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə qeydə alınan namizədlərin təşviqat kampaniyası başlanacaq.

"Report"un xəbərinə görə, seçkiqabağı təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

V çağırış Milli Məclisə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən,təşviqat səsvermə gününə 23 gün qalmış, mayın 26-danbaşlanır və səsvermənin başlanmasına 24 saat qalmış, iyunun 17-də saat 08:00-da dayandırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi