Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək Bakı. 6 dekabr. REPORT.AZ/ Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.
Daxili siyasət
6 Dekabr , 2017 10:47
Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək
Report.az

Bakı. 6 dekabr. REPORT.AZ/ Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

“Report”un xəbərinə görə, “Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək 116 nümayəndə seçilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcəklər.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Son xəbərlər

Orphus sistemi