Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək İclasın gündəliyinə 16 məsələ daxildir
Daxili siyasət
29 İyun , 2017 10:58
Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

"Report"un xəbərinə görə, iclasın gündəliyinə 16 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuşda, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda) müzakirəyə çıxarılacaq.

Bundan başqa, "Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında", Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və.s qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.

Son xəbərlər

Orphus sistemi