Sabah Bakı funikulyoru istifadəyə veriləcək

Sabah Bakı funikulyoru istifadəyə veriləcək Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı funikulyorunda aparılan təmir işləri başa çatıb.
Daxili siyasət
31 Oktyabr , 2018 17:34
Sabah Bakı funikulyoru istifadəyə veriləcək
Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı funikulyorunda aparılan təmir işləri başa çatıb.

“Report”un xəbərinə görə, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək.

Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.

Son xəbərlər

Orphus sistemi