Yuxarı

​Sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə nаmizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi müddəti başa çatır

Deputatlığa namizədliyini irəli sürənlərin sənədlərini namizəd özü və ya onun səlahiyyətli nümayəndəsi dairə seçki komissiyasına təqdim edə bilər

Bakı. 18 may. REPORT.AZ/ İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi müddəti sabah - mayın 19-da başa çatacaq.

"Report"un xəbərinə görə, deputatlığa namizədliyini irəli sürənlərin sənədlərini namizəd özü və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi dairə seçki komissiyasına təqdim edə bilər.

V çağırış Milli Məclisə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə ən çoxu 50 gün, ən azı aprelin 29-dan başlayır, səsvermə gününə və ən аzı 30 gün qalmış mayın 19-da saat 18.00-də başa çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi