Səfir Hidayət Orucova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu verilib

Səfir Hidayət Orucova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu verilib H.Orucov bu diploma Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə layiq görülüb
Daxili siyasət
4 Sentyabr , 2014 17:55
Səfir Hidayət Orucova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu verilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb. Report-un xəbərinə görə, sərəncamla Hidayət Xuduş oğlu Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.

H.Orucov bu ada Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə layiq görülüb.

Qeyd edək ki, H.Orucov bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. Sentyabrın 5-də H.Orucovun 70 yaşı tamam olur.

Son xəbərlər

Orphus sistemi