Rusiyalı jurnalist: "Azərbaycan Şimali Qafqaz üçün mühüm investordur"

Rusiyalı jurnalist: "Azərbaycan Şimali Qafqaz üçün mühüm investordur" Azərbaycan-Rusiya münasibətləri möhkəmlənib. Şimali Qafqaz regionunda əməkdaşlıq ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə mühüm amildir.
Daxili siyasət
11 İyun , 2019 13:15
Rusiyalı jurnalist: Azərbaycan Şimali Qafqaz üçün mühüm investordur

"Azərbaycan-Rusiya münasibətləri möhkəmlənib. Şimali Qafqaz regionunda əməkdaşlıq ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə mühüm amildir".

"Report" xəbər verir ki, bunu rusiyalı jurnalist, "Rusiyanın Cənubunun Təhlil" (Аналитика Юга России) portalının baş redaktoru Yevgeni Mixaylov Qafqazda Rusiya-Azərbaycan əlaqələrinə dair "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən inkişaf etdiyindən və sabit olduğundan Şimali Qafqaz respublikaları üçün çox vacib və potensial investordur.

Ekspert həmçinin qeyd edib ki, Qafqazda Azərbaycan-Rusiya münasibətlərini rəhbərlərin Azərbaycana səfərləri də stimullaşdırır: "Son vaxtlar, Şimali Qafqaz regionunda hakimiyyətdə ciddi kadr dəyişiklikləri baş verdikdən sonra bu səfərlər daha da artıb. İqtisadi əlaqələrimizin inkişafı üçün böyük potensial var".

Son xəbərlər

Orphus sistemi