Yevgeni Mixaylov: "Azərbaycan hökumətindəki kadr dəyişiklikləri müasir gerçəkliklərin bəhrəsidir"

Yevgeni Mixaylov: "Azərbaycan hökumətindəki kadr dəyişiklikləri müasir gerçəkliklərin bəhrəsidir" “Prezident İlham Əliyev ölkənin idarəetmə aparatında struktur və kadr dəyişikliklərini həssaslıqla duyub”.
Daxili siyasət
25 Oktyabr , 2019 17:22
Yevgeni Mixaylov: Azərbaycan hökumətindəki kadr dəyişiklikləri müasir gerçəkliklərin bəhrəsidir
Yevgeni Mixaylov

“Prezident İlham Əliyev ölkənin idarəetmə aparatında struktur və kadr dəyişikliklərini həssaslıqla duyub”.

Bunu “Report”a Azərbaycan hökumətində kadr dəyişikliklərini şərh edən rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

O, hazırda hökumətdə ömrünün ən gözəl illərini ölkəsinə verərək dövlətçiliyi gücləndirməyə kömək edənlərin layiq olduqları istirahətə getdiklərini, onların yerinə də yeni qüvvələrin gəldiyini qeyd edib.

“Məsələn, Mikayıl Cabbarovun İqtisadiyyat naziri vəzifəsinə təyin olunması, eyni zamanda həmin nazirliyin Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birləşdirmək hesabına gücləndirilməsi yeni nazirə prezidentin çox böyük etimadından xəbər verir. Həmçinin bu cür birləşmələri İlham Əliyev tərəfindən ölkənin iqtisadi sıçrayışı ilə bağlı qarşıya yeni vəzifələr qoymasına da yozmaq olar. Bir məsələni qeyd etmək istərdim: yeni kadrların gənc olacağını gözləmək lazım deyil. Lakin bu gün diqqət mərkəzinə gələn bu sahəyə həqiqi peşəkarların cəlb olunması Prezident İlham Əliyevin ölkəni, həqiqətən, dünya dövlətləri sırasına çıxartmaq istəyinə dəlalət edir”, - deyən rusiyalı ekspert Azərbaycan hökumətindəki hazırkı kadr dəyişikliklərini müasir gerçəklərin bəhrəsi olaraq səciyyələndirib.

“Məhz ona görə də Prezident İlham Əliyev əhalinin məncə, tam dəstəklədiyi tədbirləri həyata keçirib. Prezidentin təyin etdiyi şəxslər bu etimadı doğrultsalar, artıq kifayət qədər güclü iqtisadiyyata malik Azərbaycanın əhalinin həyat səviyyəsi sarıdan ilk yerlərə doğru sıçrayışının şahidi ola bilərik. Bu da başlayan islahatların başlıca bəhrəs olacaq”, - rusiyalı politoloq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi