Rusiyadan 211 Azərbaycan vətəndaşı Bakıya gətirildi

Rusiyadan 211 Azərbaycan vətəndaşı Bakıya gətirildi Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirmişdir.
Daxili siyasət
12 İyul , 2020 22:23
Rusiyadan 211 Azərbaycan vətəndaşı Bakıya gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən "Report"a bildirilib ki, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.

Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 Rusiyalı həkim gətirilib. Bu həkimlər koronavirus pandemiyası ilə mubarizədə kömək göstəcəklər.

"Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir"-deyə, məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi