Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycana daxil olan zaman PCR testi tələb olunmayacaq

Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycana daxil olan zaman PCR testi tələb olunmayacaq Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq imm
Daxili siyasət
14 Aprel , 2022 13:05
Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycana daxil olan zaman PCR testi tələb olunmayacaq

Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı COVID-19-a dair PCR testi tələbi ləğv olunub.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Dəyişikliklə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla) hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək.

Qərarın əvvəlki varinatı isə belə idi: "Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə, yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir".

Son xəbərlər

Orphus sistemi