Ruhani: “Əminəm ki, Azərbaycanla İran arasındakı gözəl qonşuluq münasibətləri daha da dərinləşəcək”

Ruhani: “Əminəm ki, Azərbaycanla İran arasındakı gözəl qonşuluq münasibətləri daha da dərinləşəcək” İran İslam Respublikasının Prezidenti Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
Daxili siyasət
16 İyun , 2017 16:52
Ruhani: “Əminəm ki, Azərbaycanla İran arasındakı gözəl qonşuluq münasibətləri daha da dərinləşəcək”

Bakı. 16 iyun. REPORT.AZ/ İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubu mənə çatdırılmış və minnətdarlıqla qarşılanmışdır.

Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

İki dost və qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası ötən 25 il ərzində birgə mənafeyimiz uğrunda və qarşılıqlı hörmət əsasında əlaqələrimizin genişləndirilməsi sahəsində böyük addımlar atmışlar. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın ortaq maraqlarının olduğunu nəzərə alaraq, artan səylərimiz nəticəsində ölkələrimiz arasındakı gözəl qonşuluq münasibətləri ikitərəfli, regional və beynəlxalq səviyyələrdə maraqlarımızın təmin olunması istiqamətində daha da dərinləşəcəkdir.

Bu fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dövlətinə və xalqına isə rifah və başucalığı arzulayıram”.

Son xəbərlər

Orphus sistemi