Rövşən Rzayev Horadizdə vətəndaşları qəbul edib

Rövşən Rzayev Horadizdə vətəndaşları qəbul edib Bakı. 27 oktyabr. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edib.
Daxili siyasət
27 Oktyabr , 2018 12:56
Rövşən Rzayev Horadizdə vətəndaşları qəbul edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edib.

Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbulda Füzuli və Beyləqan rayonlarında, həmçinin Cocuq Mərcanlıda (Cəbrayıl rayonu) yaşayan vətəndaşlar iştirak ediblər.

Müraciət edənlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Onlar, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı müraciət ediblər. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən işlər Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı bina və tikililərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı işlərin gedişini şəxsən nəzarətdə saxlayır.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi