“Rəy” Monitorinq Mərkəzi referendumda "exit-poll" keçirəcək

“Rəy” Monitorinq Mərkəzi referendumda "exit-poll" keçirəcək Bununla bağlı MSK-da iclas keçirilib
Daxili siyasət
10 Sentyabr , 2016 14:23
“Rəy” Monitorinq Mərkəzi referendumda exit-poll keçirəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/  Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

“Report”un məlumatına görə, iclasda sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində “exit-poll” keçirmək niyyətində olan “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, mərkəzin bu sahədə kifayət qədər təcrübəsi var və 4 dəfə “exit-poll” keçirib: “Bu dəfə təşkilat 48 dairə üzrə “exit-poll” keçirmək istəyir. Prosesdə 450 əməkdaş iştirak edəcək. Seçki prosesi ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə məlumat açıqlanacaq”.

İclasda mərkəzin müraciəti qəbul edilib.

İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, MSK-nın 7 sentyabr 2016-cı il tarixli iclas protokolu təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi