Rəhman Hacıyev Qarabağdakı dağıntıları dünya müharibələrindən sonrakı mənzərə ilə müqayisə edib

Rəhman Hacıyev Qarabağdakı dağıntıları dünya müharibələrindən sonrakı mənzərə ilə müqayisə edib "Azad olunan ərazilərdəki dağıntıları dünya müharibələrindən sonra Avropada müşahidə olunan mənzərə ilə müqayisə edə bilərik".
Daxili siyasət
20 Sentyabr , 2022 11:44
Rəhman Hacıyev Qarabağdakı dağıntıları dünya müharibələrindən sonrakı mənzərə ilə müqayisə edib
Rəhman Hacıyev

"Azad olunan ərazilərdəki dağıntıları dünya müharibələrindən sonra Avropada müşahidə olunan mənzərə ilə müqayisə edə bilərik".

"Report" xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə ən çox mədəniyyət abidələri məhv edilib: "Bununla da DNT-ni silməyə çalışıblar: "Bildiyiniz kimi, Avropada müharibədən sonra sürətli bərpanın səbəbi məşhur siyasətçiləri, biznesmenləri dəvət edərək dağıntıların göstərilməsi olub. Bununla da büdcədən kənar investisiya cəlb edilməklə şəhərlər bərpa olunub. Mədəniyyətin böyük potensialı var. Bəzən onu anlaya bilmirik. Ənənəvi istiqamətlərdən kənara çıxa bilmirik. Mədəniyyət hazırda rəqabətə girir. Bu, yutub üzərindən paylaşmaqdan getmir. Sürətli olmaq lazımdır. Hətta gecikmişik. Dünəndən başlamalıydıq".

Son xəbərlər

Orphus sistemi