​Azərbaycan diplomatik nümayəndəlik rəhbərinin xidməti minik avtomobili üçün aylıq yürüş həddini artırıb

​Azərbaycan diplomatik nümayəndəlik rəhbərinin xidməti minik avtomobili üçün aylıq yürüş həddini artırıb "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edilib
Daxili siyasət
29 Dekabr , 2015 17:53
​Azərbaycan diplomatik nümayəndəlik rəhbərinin xidməti minik avtomobili üçün aylıq yürüş həddini artırıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, sənədə əsasən, diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi yerin iqlimi və coğrafi şəraiti nəzərə alınmaqla, xidməti minik avtomobili yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər.

Azərbaycanın diplomatik nümayəndəliklərində tam iş vaxtı üzrə xidməti minik və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddinin normaları belə olacaq:

№-si Avtonəqliyyat vasitələrinin növləri Aylıq yürüş həddi (km)
1. Diplomatik nümayəndəliklərin rəhbərlərinin xidməti minik avtomobilləri 1500
2. Digər xidməti minik avtomobilləri və mikroavtobuslar 1000

İşin xüsusiyyətləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda, avtonəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

Xidməti zərurət və ya işin xüsusiyyətləri nəzərə alınmaqla, diplomatik nümayəndəliyin rəhbərinin xidməti minik avtomobili üçün aylıq yürüş həddi 40 faiz artırılır.

Diplomatik nümayəndəliyin balansında olan yararsız (istismar müddəti bitmiş) xidməti minik avtomobillərinin yeniləri ilə əvəz edilməsi, habelə müəyyən olunmuş limitə əsasən çatışmayan xidməti minik avtomobillərinin alınması hər il bu məqsəd üçün diplomatik nümayəndəliklərin xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.

Avtonəqliyyat vasitələrinin 1 ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.

Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) qış mövsümündə işlədikdə - 5 faizə qədər, dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt, 1000 metrdən 1500 metrə qədər - 5 faiz, 1501 metrdən 2000 metrə qədər - 10 faiz, 2001 metrdən yuxarı - 15 faiz, əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər artırılır

Kondisioner istifadə olunduğu hallarda, yanacaq sərfi avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir.

Avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə diplomatik nümayəndəliklərin balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il xərclər smetasında vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:

1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu normanın tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;

2. sürtkü materiallarının (mühərrik yağının, əyləc mayesinin, soyuducu və digər mayelərin) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;

3. avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitəsinin ilkin dəyərinin 2 faizi məbləğində.

Avtonəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, qüsur aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Diplomatik nümayəndəliklərin istifadəsində olan xidməti minik avtomobillərinin say həddi (limiti) diplomatik nümayəndəliyin ştat cədvəlinə uyğun olaraq, "birinci katib" və daha yüksək vəzifə tutan diplomatik xidmət əməkdaşlarının hər bir nəfərinə bir ədəd, digər diplomatik xidmət əməkdaşlarının isə hər iki nəfərinə bir ədəd hesabı ilə müəyyən edilir.

Avtomobillərin lizinq üsulu ilə icarəyə götürüldüyü hallarda, müəyyən edilmiş say həddi (limiti) gözlənilməlidir.

Diplomatik nümayəndəliklərin xidməti minik avtomobilləri üçün müəyyən edilmiş say həddinə nisbətən xidməti minik avtomobillərinin faktiki sayı artıq olduğu hallarda, həmin xidməti minik avtomobilləri qüvvədə olan amortizasiya normaları nəzərə alınmaqla, istifadə müddəti başa çatana qədər istifadə olunur və sonra müvafiq qaydada balansdan çıxarılır.

Son xəbərlər

Orphus sistemi