Referendumqabağı təşviqat bu həftə başlayır

Referendumqabağı təşviqat bu həftə başlayır Təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər
Daxili siyasət
30 Avqust , 2016 11:57
Referendumqabağı təşviqat bu həftə başlayır

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanda bu həftənin şənbə günü - sentyabrın 3-də referendumqabağı təşviqatın aparılmasına başlanılacaq.

"Report"un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanacaq və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb. Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer, ümumilikdə, 256 yer müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi