Yuxarı

Referendumla əlaqədar sentyabrın 25-i “sükut günü”dür

Təşviqat sentyabrın 25-də saat 08:00-da başa çatacaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar sentyabrın 25-i, həftənin bazar günü "sükut günü"dür.

"Report"un xəbərinə görə, referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında üç - "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupu qeydiyyatdan keçib.

Qeydə alınan təşviqat qrupları sentyabrın 3-dən təşviqata başlayıb. Təşviqat sentyabrın 25-də saat 08:00-da başa çatacaq. Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni "sükut günü" hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi