Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi müddəti başa çatır

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi müddəti başa çatır Təşviqat qrupunun qeydə alınması üçün sənədlər müvafiq seçki komissiyasına avqustun 22-dək təqdim edilməlidir
Daxili siyasət
20 Avqust , 2016 14:21
Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi müddəti başa çatır

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi müddəti gələn həftə başa çatır.

"Report"un xəbərinə görə, təşviqat qrupunun qeydə alınması üçün sənədlər müvafiq seçki komissiyasına avqustun 22-dək təqdim edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvin Planına əsasən, sənədlərinsəsvermə gününə аzı 35 gün qalanadək müvafiq seçki komissiyasına təqdimatı başa çatmalıdır.

Qeyd edək ki, Referendumla Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və digər məsələlərlə bağlı Konstitusiyada dəyişikliklər nəzərdə tutulur.

İndiyədək MSK üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və "Vətəndaş Cəmiyyəti" adlı təşviqat qruplarıdır.

Son xəbərlər

Orphus sistemi