REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT

REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT Bakı. 24 yanvar. REPORT.AZ/ REAL - Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.
Daxili siyasət
24 Yanvar , 2019 13:35
REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT

Bakı. 24 yanvar. REPORT.AZ/ REAL - Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.

Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.

Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nümayəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələlik müraciətə cavab verməyib.

Son xəbərlər

Orphus sistemi