Yuxarı
    Bağlamaq

    REAL Hərəkatı deputatlığa namizədlərinin siyahısını açıqlayıb

    REAL dəstəklədiyi namizədlərlə birlikdə 23 namizəd irəli sürüləcək

    Bakı. 2 sentyabr. REPORT.AZ/ REAL Hərəkatının bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olacaq üzvlərinin siyahısı açıqlanıb.

    “Report”un məlumatına görə, təşkilatın icra katibi Natiq Cəfərli mətbuat konfransında deyib ki, seçkilərdə REAL dəstəklədiyi namizədlərlə birlikdə 23 namizəd irəli sürüləcək. Həmin namizədlərdən 17-si REAL-ın, digər 6-sı isə digər təşkilatların üzvləridir.

    Belə ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən REAL-ın icra katibi Natiq Cəfərəlinin, 16 saylı Yasamal ikinci seçki dairəsindən hərəkatın idarə heyətinin üzvü Erkin Qədirlinin, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının namizədliyi irəli sürülüb.

    Bundan əlavə, REAL “D-18” Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək.

    Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi