REAL DSK-lara 37 üzv təqdim edəcək

REAL DSK-lara 37 üzv təqdim edəcək Bu barədə REAL sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib
Daxili siyasət
29 Mart , 2021 19:08
REAL DSK-lara 37 üzv təqdim edəcək

"REAL dairə seçki komissiyalarına 37 üzv təqdim edəcək”.

“Report”un xəbərinə görə, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib.

“Bildiyiniz kimi, martın 1-də Mərkəzi Seçki Komissiyasına məktub göndərmişdik. Dairə seçki komissiyalarının 37 üzvünün REAL-ın təqdimatı ilə vəzifəyə təsdiqlənməli olduğunu bildirmişdik. MSK katibi Mikayıl Rəhimlidən bu gün aldığım cavab məktubunda bu hüquqi mövqeyimizin doğru olduğu göstərilir", - partiya sədri deyib.

Son xəbərlər

Orphus sistemi