Razi Nurullayev: “Əli Kərimli qadın müşavirini kasetlə şantaj edirdi”

Razi Nurullayev: “Əli Kərimli qadın müşavirini kasetlə şantaj edirdi” “Rəyasət heyətində elə adamlar var ki, onun facebook-da 100-110 saxta profili var”
Daxili siyasət
24 Fevral , 2015 13:06
Razi Nurullayev: “Əli Kərimli qadın müşavirini kasetlə şantaj edirdi”

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verən Razi Nurullayev mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, R.Nurullayev bildirib ki, AXCP sədri partiyada gəncləşmə siyasəti aparır və yaşlı üzvlər kənarlaşdırılır. Onun sözlərinə görə, uzun müddət partiyada fəaliyyət göstərən yaşlı insanlar sıxışdırılır, çünki tələbləri daha çoxdur: “Suraxanı rayon təşkilatının sədri Vaqif Xalıqovu postundan uzaqlaşdırıb, yerinə Bəhruz Həsənlini gətiriblər. Sonradan isə narazılıq olmasın deyə əvvəlki vəziyyəti bərpa etməyə çalışdılar. Bir faktı da açıqlayım, partiya iclaslarında rəhbərlik daha çox facebook sosial şəbəkəsindəki bəyənmələrin sayı müzakirə edilirdi. Bir partiya belə xırda işlərlə məşğul olmamalıdır”.

R.Nurullayev əlavə edib ki, köhnə cəbhəçilər Əli Kərimlinin dediklərinə məhəl qoymurlar: “Yeni gənclər onun bəlağətli çıxışlarına inanır, onu dəstəkləyir. Sosial şəbəkələrdə gizli qruplarda tapşırıq verməklə məşğuldurlar. Yəni, kimin statuslarını bəyənmək lazımdır, kimin statusunu yox. Rəyasət heyətində elə adamlar var ki, onun facebook-da 100-110 saxta profili var. Mən indi həmin şəxsin adını çəkmək istəmirəm”.
R.Nurullayev partiyadan uzaqlaşmazdan öncə Əli Kərimli ilə baş tutmuş sonuncu görüşünün bəzi detallarını da açıqlayıb: “Həmin görüşdə Əli Kərimli mənə dedi ki, hakimiyyətə işləyirsən. Bu, mənə “satqın” damğası vurmaq idi. AXCP-də olarkən hakimiyyətə qarşı loyal davranmadım, bundan sonra da mövqeyim belə olacaq. Amma ölkədə hansısa yeniliklə bağlı danışarkən deyirlər ki, satılmısan. Sonra səfirlərlə görüşümə irad bildirdi. Yəni, o istəmir ki, ondan başqa kimsə diplomatik korpuslarla görüşsün. Mənə elə gəlir ki, səfirlərlə görüşümü kimsə Əli Kərimliyə çatdırır. Mən bununla bağlı Britaniyanın və Amerikanın Azərbaycandakı səfirliklərinə müraciət ünvanladım ki, Əli Kərimliyə hansı şərtlərlə məlumat ötürürlər. Əli Kərimli mənə hakimiyyət daxilində adamlarının olduğunu da dedi. Bu, araşdırılmalıdı ki, onun kiminlə əlaqəsi var. AXCP-dən kim gedibsə, hamısı şantaj olunub. Asəf Quliyev də, Zərifə Mahəddinova da bu cür münasibətlə üzləşiblər. Əli Kərimli öz qadın müşavirini porno-kasetlərlə şantaj edirdi”.
AXCP sədrinin sabiq müavini Əli Kərimlini partiya rəhbərliyindən getməyi təklif edib: “Mən çalışıram ki, o, partiya rəhbərliyindən getsin. O elə bilirdi ki, mən AXCP-nin qurultayında hansısa iddia ortaya qoyacam. Amma mənim belə fikrim yoxdur. Sadəcə, partiyanı içəridən yeniləmək istəyirdim, bu işimi bundan sonra da davam etdirəcəm”.

Son xəbərlər

Orphus sistemi