Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri təyin olunub

Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri təyin olunub Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
20 Aprel , 2015 16:17
Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri təyin olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Ramiz Yaqub oğlu Rzayev 1953-cu ilin fevralın 25-də anadan olub.

1971-1977-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb.

1977-1979-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1979-cu ildə Bakı şəhəri, Nərimanov rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb.

1981-ci ildə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində baş müstəntiq təyin olunub.

1983-cü ildə Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq vəzifəsinə dəyişdirilib.

1991-ci ildə Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə istintaq şöbəsinin böyük prokuroru, 1992-ci ildə Dəvəçi rayon prokuroru,1993-cü ildə Beyləqan rayon prokuroru,

1995-ci ildə Azərbaycanın Hərbi Prokuroru işləyib.

1998-ci ildə general-mayor ali hərbi rütbəsi alıb. 2000- ci il iyunun 17-də prezidentinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. 2000-ci ildə Baş prokurorunun birinci müavini təyin olunub.

2005 - ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.

Ailəlidir, 3 övladı var.

Son xəbərlər

Orphus sistemi