Yuxarı

Ramiz Mehdiyev: “Venesiya Komissiyası tapşırıqlar əsasında belə məlumatlar yayıb”

“Referendum Azərbaycana çox şey verəcək”

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Avropa Şurasının Venesiya Komissiyasının ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aktı layihəsinə bildirdiyi rəyə münasibətini açıqlayıb.

“Report”un xəbərinə görə, R.Mehdiyev jurnalistlərə açıqlamasında Venesiya Komissiyasının rəyinə münasibətinin mənfi olduğunu deyib: “Onlar bizimlə müzakirə aparmayıblar. Onlara sənəd göndərməmişik. Özləri tapşırıqlar əsasında belə məlumatlar yayıblar. Bizim münasibətimiz çox mənfidir. Referendum Azərbaycana çox şey verəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi