YAP-ın rayon təşkilatının sədr müavini: “Azərbaycanı fərqləndirən sabitlik, təhlükəsizlik və böyük təcrübədir”

YAP-ın rayon təşkilatının sədr müavini: “Azərbaycanı fərqləndirən sabitlik, təhlükəsizlik və böyük təcrübədir” “Azərbaycanda Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ölkəmizin idman potensialının göstəricisidir. Bakı Avropanın nüfuzlu şəhərləri sırasından seçilib. Bakı artıq böyük miqyaslı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirilib. Biz bununla qürur duyuruq”.
Daxili siyasət
25 İyul , 2019 15:40
YAP-ın rayon təşkilatının sədr müavini: “Azərbaycanı fərqləndirən sabitlik, təhlükəsizlik və böyük təcrübədir”

“Azərbaycanda Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ölkəmizin idman potensialının göstəricisidir. Bakı Avropanın nüfuzlu şəhərləri sırasından seçilib. Bakı artıq böyük miqyaslı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirilib. Biz bununla qürur duyuruq”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın idman ölkəsi kimi nüfuzu günü-gündən artır: “Digər idman yarışları kimi, bu Festival da yüksək səviyyədə təşkil olunub. Azərbaycanda belə yarışların yüksək səviyyədə təşkili üçün infrastruktur qurulub. İdmançıların, xarici qonaqların və xüsusilə şəhər sakinlərinin rahatlığı üçün bütün tədbirlər görülüb. Bakı bu beynəlxalq yarışın da öhtəsindən mükəmməl şəkildə gəlir. Bütün bunlar Azərbaycanın dünyadakı nüfuzunu artırır, bizim etibarlı tərəfdaş olduğumuzu bir daha sübut edir”.

R.Əhmədov qeyd edib ki, dünya miqyasında Azərbaycanın təşkilatçılığı brendə çevirilib və artıq təşkilatçılığın “Azərbaycan standartı” formalaşıb: “Nüfuzlu dövlətlər beynəlxalq tədbirlər, yarışlar təşkil edərkən Azərbaycanın təcrübəsindən faydalanır desək, yanılmarıq. Çünki Azərbaycanın bu kimi tədbirlərin təşkil edilməsində təcrübəsi böyükdür. “Eurovision”, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Avropa Liqasının final oyunları, Avropa Gənclər Yay Olimpiya Festivalı kimi yarışların Bakıda keçirilməsi həm ölkəmizin dünyada tanıdılmasına, həm də nüfuzun artırılmasına xidmət edir”.

YAP funksioneri vurğulayıb ki, yarışların Azərbaycanda keçirilməsinin başlıca səbəblərindən biri də təhlükəsizlik məsələsidir: “Yarış təşkilatçıları üçün təhlükəsizlik, sabitlik çox vacibdir. Çünki onlar yarış təşkil edərkən üzərlərinə məsuliyyət götürürlər. 5, 10, 20 min insan yarış təşkilatçılarının səhv seçimi nəticəsində böyük təhlükələrlə üzləşə bilər. Təşkilatçılar belə məsələlərdə ən etibar etdikləri, təhlükəsizliyə dövlət səviyyəsində təminat verilən, nümunəvi daxili sabitliyi olan ölkələri seçim turuna buraxırlar. Azərbaycan onlarla ölkənin içərisindən seçilir. Bu səbəbdən nüfuzlu beynəlxalq yarışlar Azərbaycanda keçirilir. Çünki Azərbaycan təhlükəsizliyin təmin olunduğu, sabitliyin hökm sürdüyü rahat ölkədir. Əminik ki, Azərbaycan bu mövqeyini həmişə saxlayacaq və ölkəmiz beynəlxalq yarışların, tədbirlərin keçirildiyi ən təhlükəsiz məkan kimi nüfuzunu daha da artıracaq”.

Son xəbərlər

Orphus sistemi