Ramil Usubovun qəbul vaxtı dəyişdirilib

Ramil Usubovun qəbul vaxtı dəyişdirilib Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Daxili siyasət
25 Noyabr , 2016 09:40
Ramil Usubovun qəbul vaxtı dəyişdirilib
Ramil Usubov

Bakı. 25 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabr ayının 10-na keçirilib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Həmin gün saat 10:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi