Daxili İşlər naziri, general-polkovnik
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aidiyyatı baş idarə və ərazi polis orqanları rəislərinin də iştirak etdikləri tədbirdə qeyd olunan bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 380 şəxs iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 170 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir Prezident
Qeyd olunub ki, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən, daim nəzarətdə saxlanılan məsələlərdəndir.
Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tövsiyələrini verib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.