Yuxarı
    Bağlamaq

    Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

    Görüşdə 10 şəhər və rayonun sakinləri iştirak edə bilərlər

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri ilə görüşəcək.

    Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

    Nazirlikdən bildirilib ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi