Yuxarı
    Bağlamaq

    Ramil Usubov Bərdədə vətəndaşlarla görüşüb

    Qəbulda 81 nəfər iştirak edib

    Bakı. 27 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 26-27-də Bərdə Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edən qəbulda Bərdə də daxil olmaqla bölgənin 12 şəhər və rayonundan müraciət edən 81 nəfər iştirak edib.

    Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi