​AMİP-in qurultayının vaxtı açıqlanıb

​AMİP-in qurultayının vaxtı açıqlanıb Qurultay bu ilin sentyabrın birinci ongünlüyündə keçiriləcək
Daxili siyasət
10 İyun , 2015 13:41
​AMİP-in qurultayının vaxtı açıqlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı bu ilin sentyabrın birinci ongünlüyündə keçiriləcək.

AMİP-in baş katibi, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Arzuxan Əlizadə "Report"a açıqlamasında deyib ki, hazırda partiyada qurultaya hazırlıq prosesi gedir: "İyunun 20-dən başlayaraq rayon və şəhər təşkilatlarında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasları keçiriləcək. Bu iclasları avqustun birinci ongünlüyünə qədər yekunlaşdırmağı planlaşdırmışıq".

A.Əlizadə AMİP sədrliyinə bir neçə nəfərin iddialı olduğunu da qeyd edib: "Partiyada iddialılar olsa da, rəsmi qaydada namizədliklərini irəli sürən yoxdur. Mən də sədrliyə namizəd olmaq barədə düşünürəm, zamanı çatanada mövqeyimi açıqlayacam".

Son xəbərlər

Orphus sistemi