Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb

Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.
Daxili siyasət
23 Dekabr , 2020 15:13
Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb

İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.

"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Qubadlı rayonu olub.

"Report" İnformasiya Agentliyinin çəkiliş qrupunun da iştirak etdiyi aksiyada buradakı əsgərlərə ümumilikdə 3 mindən çox bağlama paylanılıb.

Hərbi qulluqçularımızla fərdi söhbətimizdə onlar qalib ordunun sıralarında xidmət etdiklərindən qürur duyduqlarını bildiriblər. Onlar belə məqamlarda əsgərlərimizi unutmayan xalqımızı, eyni zamanda onlara yardım edən təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi