Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib. O, mövqeyini MNTK-nın rəyi müzakirə edildikdən açıqlayacağını deyib: "Münasibətimizi ifadə edən yekun mövqeni, eyni zamanda bundan sonrakı dövr üçün fəaliyyət istiqamətləri barəsində təklifləri noyabrın 8-də partiyanın mərkəzi qərargahında açıqlayacağıq. Fraksiya yaradılması da təkliflər sırasındadır, yəni, bu da müzakirə olunacaq".
Qeyd edək ki, oktyabrın 30-da Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar tədqim etdiyi arayışa rəy verib. Rəyə əsasən, qurultayda hər hansı pozuntu faktı aşkarlanmayıb.
Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Q.İbadoğlu isə 220 səslə ikinci olub.