Yuxarı

​Qubad İbadoğlunun tərəfdarları Müsavat Partiyasının ümumrespublika müşavirəsi ilə bağlı qərar qəbul edib

Partiya daxilində fraksiya yaradılması məsələsi müzakirə edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalanların yaratdıqları işçi qrupunun iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda Müsavat Partiyasının başqanlığına sabiq namizədlər Qubad İbadoğlu, Tural Abbaslı, partiyanın Məclis üzvü Vurğun Əyyub, partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli iştirak edib. Toplantıda partiyanın noyabrın 23-də keçiriləcək ümumrespublika müşavirəsinə qatılmaqla bağlı müzakirələr aparılıb. Nəticədə, müşavirdə tam tərkibdə iştirakla bağlı qərar qəbul edilib. İclasda sabahkı müşavirədə çıxış edərək narazıların mövqeyinin partiya rəhbərliyinin diqqətinə çatdırılmasının vacibliyi vurğulanıb.

Daha sonra isə partiya daxilində fraksiya yaradılması məsələsi müzakirə edilib, fraksiyanın formalaşdırılması üzrə lazımi sənədlərin və təkliflərin hazırlanması üçün iş bölgüsü aparılıb.

Qeyd edək ki, işçi qrupunun növbəti toplantısı noyabrın 26-da olacaq.

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında 228 səslə Arif Hacılı başqan seçilib. Qubad İbadoğlu isə 200 səslə ikinci olub. Seçkinin nəticələrindən narazı qalan Q.İbadoğlu və tərəfdarları qurultayda saxtakarlıq olduğunu iddia edirlər və təkrar qurultayın keçirilməsi tələbini irəli sürüblər. Növbədənkənar qurultay keçirilməsi təkliflərinin dəyərləndirilməsi məqsədilə işçı qrupu yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi