​Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavat Partiyasından istefa verib

​Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavat Partiyasından istefa verib "Partiyanın mövcud rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq partiya sıralarından uzaqlaşdırılmasına etirazımı bildirirəm"
Daxili siyasət
9 Fevral , 2015 17:24
​Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavat Partiyasından istefa verib

Bakı. 9 fevral. REPORT.AZ/ Müsavat Partiyasının Məclis üzvü Nəsibə Əliqızı (Şuşalı) partiya sıralarından istefa verib.

"Report"un məlumatına görə, o bu barədə "facebook" sosial şəbəkəsindəki hesabında yazıb. N.Əliqızı istefa verməsini başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyadan xaric edilməsi ilə əlaqələndirib: "Müsavat Partiyasının sonuncu qurultayından sonra iqtisadçı-alim Qubad İbadoğlunun partiyanın mövcud rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq partiya sıralarından uzaqlaşdırılmasına etirazımı bildirirəm. Buna görə də partiyanın Məclis üzvlüyündən və partiya sıralarından istefa verdiyimi bəyan edirəm".

Xatırladaq ki, Q.İbadoğlu Müsavat Partiyası Divanının 5 fevral tarixli qərarı ilə partiyadan xaric edilib. Divanın bu qərarına etiraz əlaməti olaraq partiyanın sabiq başqanının müşavirləri Hüseyn Məlik, Səftər Nəhmətli və digərləri partiyadan istefa veriblər.

Son xəbərlər

Orphus sistemi