Qubad İbadoğlu Müsavat Partiyasından çıxarıla bilər

Qubad İbadoğlu Müsavat Partiyasından çıxarıla bilər "Divanda müzakirələr aparıldıqdan sonra təkliflər səsə qoyulacaq"
Daxili siyasət
28 Yanvar , 2015 15:32
Qubad İbadoğlu Müsavat Partiyasından çıxarıla bilər

Bakı. 28 yanvar. REPORT.AZ/ Müsavat Partiyasının Divanı başqanlığa sabiq namizəd Qubad İbadoğlu və Qadınlar Təşkilatının sədri Ellada Məmmədli ilə bağlı qərar qəbul edəcək.

Partiya başqanının müavini Elman Fəttah "Report"a açıqlamasında deyib ki, onlar Divanın fevralın 2-də keçiriləcək növbəti toplantısına son vaxtlardakı fəaliyyətlərinin müzakirə olunması məqsədilə dəvət edilib: "Toplantıda onlara suallar ünvanlanacaq. Müzakirələrdən sonra fəaliyyətlərinin Nizamnaməyə zidd olub-olmaması müəyyən olunacaq".

E.Fəttah Q.İbadoğlunun və E.Məmmədlinin partiyadan uzaqlaşdırılma ehtimalına da toxunub: "Müsavat Partiyasının Divanı kollegial orqandır. Orada müzakirələr aparıldıqdan sonra təkliflər səsə qoyulacaq. Burada hansısa qərar qəbul olunacaqsa, ictimaiyyətə elan olunacaq".

Son xəbərlər

Orphus sistemi