Yuxarı

Qubad İbadoğlu Müsavat Partiyasından xaric edilib

Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib.

"Report"un məlumatına görə, iclasda partiyadaxili məsələlər, xüsusilə Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun partiyanın sıralarından xaric edilməsi məsələsi müzakirə edilib. Yığıncağa Q.İbadoğlu da dəvət olunmasına baxmayaraq, ancaq o, toplantıda iştirak etməyib. 

Müzakirələrin yekununda Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi məsələsi səsə qoyulub və 12 nəfər lehinə, 1 nəfər bitərəf qalmaqla qərar qəbul olunub. 

Xatırladaq ki, Divanın fevralın 2-də keçirilən toplantısında Q.İbadoğluna rəsmi xəbərdarlıq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi