Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ABŞ-dan Bakıya dönüb.
Q.İbadoğlu “Report”a açıqlamasında deyib ki, yaxın müddətdə fəaliyyətini Azərbaycanda davam etdirəcək.
Xatırladaq ki, o, ABŞ-dakı universitetlərdən birinin təklifi ilə proqram həyata keçirib.