Qubad İbadoğlu ABŞ-da daha uzun müddət qalacaq

Qubad İbadoğlu ABŞ-da daha uzun müddət qalacaq ​ADR Hərəkatı İdarə Heyətinin toplantısı keçirilib
Daxili siyasət
25 İyul , 2015 09:48
Qubad İbadoğlu ABŞ-da daha uzun müddət qalacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib. Təşkilatdan “Report”a bildirilib ki, toplantıda görülmüş işlər haqqında məlumat verilib, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.

Görülmüş işlər barədə danışan İH sədrinin I müavini Vurğun Əyyub və sədrin “İnkişaf və üzvlərlə iş üzrə” müavini Ellada Məmmədli ADR rəhbərliyinin Böyük Britaniya, ABŞ və Fransa səfirliklərinin təşkil etdikləri tədbirlərdə iştirakı və icra olunmuş cari işlər barədə məlumat veriblər. Sonra ADR İH-nin üzvü Taleh Əliyev ölkədəki mövcud ictimai-siyasi vəziyyət barədə məruzə edib.

Daha sonra ADR Hərəkatının rəhbəri, hazırda ABŞ-da tədqiqat proqramına cəlb olunmuş Qubad İbadoğlunun İH üzvlərinə müraciəti oxunub. Müraciətdə ADR-in yarandığı dövrdən bugünə kimi görülən işlərlə bağlı İH üzvlərinin əməyini yüksək qiymətləndirən sədr gələcək fəaliyyətlərlə bağlı müəyyən mesajlar verib və hazırda məşğul olduğu proqramın uzadılması ilə bağlı ona təklif olunduğunu diqqətə çatdırıb. Müraciət ətrafında aparılan müzakirələr zamanı İH üzvləri sədrin təklifini müsbət qarşıladıqlarını qeyd ediblər.

Bundan sonra toplantının müzakirə hissəsi başlayıb. Azərbaycanın işğal olunmuş torpaqları ətrafında yaranmış son vəziyyətlə bağlı vurğulanıb ki, Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığın artması müşahidə edilir.

Sonda qarşıda duran məsələlər müzakirə olunub və icra ediləcək məsələlər barədə konkret tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi