Yuxarı
    Bağlamaq

    ​Qubad İbadoğlu: "Müsavat Partiyası MNTK-nın rəyi obyektiv deyil"

    Müsavat başqanlığına sabiq namizəd: MNTK-nın müstəqilliyinə və peşəkarlığına olan şübhələrimiz daha da çoxalıb

    Bakı. 31 oktyabr. REPORT.AZ/ "Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının oktyabrın 30-da verdiyi rəy obyektiv deyil. MNTK-nın müstəqilliyinə və peşəkarlığına olan şübhələrimiz daha da çoxalıb".

    Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib. O, mövqeyini MNTK-nın rəyi müzakirə edildikdən açıqlayacağını deyib: "Münasibətimizi ifadə edən yekun mövqeni, eyni zamanda bundan sonrakı dövr üçün fəaliyyət istiqamətləri barəsində təklifləri noyabrın 8-də partiyanın mərkəzi qərargahında açıqlayacağıq. Fraksiya yaradılması da təkliflər sırasındadır, yəni, bu da müzakirə olunacaq".

    Qeyd edək ki, oktyabrın 30-da Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar tədqim etdiyi arayışa rəy verib.  Rəyə əsasən, qurultayda hər hansı pozuntu faktı aşkarlanmayıb.

    Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Q.İbadoğlu isə 220 səslə ikinci olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi