Yuxarı
    Bağlamaq

    ​Qubad İbadoğlu: “Müsavat daxilində bir-birlərini aşağılayan yazılara son qoyulmalıdır”

    Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız

    Bakı. 2 oktyabr. REPORT.AZ/ “Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub, növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz. Məclis Müsavatın vitrinidir, ora ağılı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedoqika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sərdi Mələhət Mürşüdlünün, tanınmış jurnalist Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz”.

    “Report”un məlumatına görə, bunu Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyada baş verənlərlə bağlı “Facebook” sosial şəbəkəsində yazıb.

    O bildirib ki, partiya daxilində bir-birlərini aşağılayan yazılara son qoyulmalıdır: “Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.

    Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının keçirilən VIII qurultayında partiyanın sabiq İcra Aparatının rəhbəri Arif Hacılı 228 səslə qalib olub. Qubad İbadoğlu isə 200 səslə ikinci olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi