“Qrant haqqında” qanuna dəyişiklik edildi

“Qrant haqqında” qanuna dəyişiklik edildi Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Daxili siyasət
1289
10 Avqust , 2020 18:53
“Qrant haqqında” qanuna dəyişiklik edildi
İlham Əliyev

Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilib:

“4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.
 

Orphus sistemi