“Qobu Park”da məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən layihə başa çatıb

“Qobu Park”da məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən layihə başa çatıb “Qobu Park” yaşayış kompleksində işğaldan azad olunmuş rayonların sakinlərinin məşğulluq imkanlarının artırılması məqsədilə icra edilən layihənin bağlanış mərasimi keçirilib
Sosial müdafiə
4 İyun , 2021 10:35
“Qobu Park”da məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən layihə başa çatıb

“Qobu Park” yaşayış kompleksində işğaldan azad olunmuş rayonların sakinlərinin məşğulluq imkanlarının artırılması məqsədilə icra edilən layihənin bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən həyata keçirilən sosial layihə artıq yekunlaşıb.

Layihənin bağlanış mərasiminə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Məşğulluq Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyininin nümayəndələri və layihə iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərində icra edilən layihənin benefisiar qrupu üçün “Kompüter operatoru”, “Əməliyyatçı-mühasib” və “Vizajist” peşələri üzrə təlimlər təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin tədrisi dəstəyi ilə keçilən təlimlərə 30-dan artıq iştirakçı cəlb edilib.

Təlimlər başa çatdıqdan sonra iştirakçıların yekun qiymətləndirməsi aparılıb.

“Sosial layihələr” müsabiqəsi çərçivəsində reallaşdırılan layihə nəticəsində iştirakçıların bir qismi əldə etdiyi nəzəri və praktiki biliklər sayəsində peşələrinə uyğun əmək fəaliyyətinə başlayıblar.

Çıxışlarda həmçinin dövlətimizin artıq müharibədən sonrakı dövrə kökləndiyi, ölkəmizin prioritetinin Qarabağa qayıdış olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda layihə iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi