QMİ sədri: "Bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcəklər"

QMİ sədri: "Bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcəklər" Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın bütün dindarları qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcəklər.
Daxili siyasət
28 Mart , 2018 11:48
QMİ sədri: Bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcəklər
Report/ Elchin Murad

Bakı. 28 mart. REPORT.AZ/ "Azərbaycanın bütün dindarları qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcəklər".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanda hər bir vətəndaş kimi dindarlar da seçkilərdə fəal olmalıdırlar: "Biz 11 aprel seçkilərində iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq. İnanıram ki, dindarlar seçimlərini edib və kimə səs verəcəyini müəyyən edib. Bu gün azərbaycançılığın inkişafı hər bir insanın və o cümlədən dindarların borcudur".

Son xəbərlər

Orphus sistemi